Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda ““IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir

29 noyabr 2014 | 16:00

5 noyabr 2014-cü il tarixindən start verilmiş “I Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 29 noyabr 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində keçirilmiş iməciliklərdə idarə, müəssisə və təşkilatların, təhsil və səhiyyə ocaqlarının kollektivlərinin iştirakı ilə 700 müxtəlif növ ağac əkilmişdir.
  “I Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verildiyi gündən rayon ərazisində müxtəlif ünvanlarda və bütün ümumtəhsil məktəblərinin, məktəbəqədər tərbiyə müəssisələrinin və səhiyyə ocaqlarının ərazilərində təmizlik işləri aparılmış, çinar, zeytun, kiparis,  eldar şamı, qaraağac, küknar, nar, liandra və digər növ ağaclar olmaqla ümumilikdə 2956 ağac əkilmişdir.
Marafonun yekun tədbirində YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva iştirak etmişdir.

Keçidlər