Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir

29 sentyabr 2015 | 15:00

2015-ci il 29 sentyabr tarixində Nizami Rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilmişdir.
Yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və millət vəkili Sədaqət Vəliyeva iştirak etmişlər.
Yığıncaqda Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev  hesabat məruzəsi ilə çıxış edərək, ümummilli lider Heydər Əliyevin ağsaqqallara göstərdiyi qayğıdan, ağsaqqalların ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən söz açdı. O, Rayon Ağsaqqallar Şurası üzvlərinin dövlət əhəmiyyətli tədbirlərdə fəal iştirakını, rayon məktəblərində şagird və müəllim kollektivləri ilə, “N” saylı hərbi hissələrdə zabit və əsgərlərlə görüşlərini, həmçinin rayon gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyə almasında öz xidmətlərini əsirgəmədiklərini, bu işdə  Nizami rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsi ilə əməkdaşlıq etdiklərini bildirdi.
Nizami Rayon Ağsaqqallar Şurasının sədr müavinləri Nadir Hacıyev və Osman Kərimov məruzə ətrafında çıxış edərək, ağsaqqalların rayondakı ictimai fəaliyyətindən, rayon gəncləri ilə keçirdikləri tövsiyə xarakterli görüşlərdən, söz açmış, ölkənin siyasi həyatında ağsaqqalların da yaxından iştirak etdiklərini qeyd etmişlər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və millət vəkili Sədaqət Vəliyeva müstəqil dövlətimizin inkişaf edib möhkəmlənməsində ağsaqqalların əvəzsiz xidmətlərindən söz açaraq, ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan və Azərbaycanın görkəmli şair və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan rayonumuzun daha da inkişaf etdirilməsinə, ölkə başçısının respublikada həyata keçirdiyi abadlıq-quruculuq və yenidənqurma işlərində rayon ağsaqqallarının hər zaman töhfə verəcəklərinə əmin olduqlarını diqqətə çatdırdılar.
Yığıncağın sonunda Rayon Ağsaqqallar Şurası İdarə heyətinin və Nəzarət Təftiş Komissiyasının yeni tərkibi seçildi.

Keçidlər