Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində tədbir keçirilmişdir.

03 dekabr 2015 | 16:00

03 dekabr 2015-ci il tarixində Beynəlxalq Əlillər Günü münasibətilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində əlil uşaqlar üçün tədbir keçirilmişdir.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyi ilə birgə təşkil etmişdir.
Tədbiri Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Samirə İsmayılova açaraq əlillərin hüquqlarının qorunması sahəsində BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyinin mühüm bir addım olduğunu və 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabr ayının 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etdiyini, ölkəmizin də bu Bəyannamə qoşulduğunu və hər il olduğu kimi, bu il də respublikamızda qeyd edildiyini diqqətə çatdırdı.
Sonra “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi rəisinin müavini Gülnarə Seyidova və Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxışlarında ölkəmizdə əlillərin hüquqlarının qorunmasının ən ümdə məsələlərdən biri olduğunu, onların həmişə humanist münasibətə ehtiyac duyduqlarını diqqətə çatdırdılar.
Həmçinin natiqlər Prezident İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını, bu insanların sosial təminatının ildən-ilə daha da yaxşılaşdırıldığını, mənzil, maşın, əlil arabaları ilə təmin olunduqlarını, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçdiklərini söylədilər.
Tədbir daun sindromlu uşaqlar üçün təşkil olunmuş konsert proqramı ilə davam etdirildi.

 

 

Keçidlər