Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyi qeyd edilmişdir

19 dekabr 2015 | 16:00

19 dekabr 2015-ci il tarixində 229 saylı tam orta məktəbdə görkəmli hərbi xadim, general Səməd bəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanmışdır.

Sonra S.Mehmandarovun həyatını əks etdirən fotolar, hərbçi ömrünün salnaməsi slaydlar vasitəsilə nümayiş etdirilmiş, həmçinin məktəb şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilmiş, ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Eyni zamanda, şagirdlərin ifasında 229 saylı tam orta məktəbin müəllimi Nərgiz Abbasqızının general S.Mehmandarova həsr etdiyi şeirləri səsləndirilmişdir.

Tədbirdə çıxış edən millət vəkili Sədaqət Vəliyeva və Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov general S.Mehmandarovun həyat və fəaliyyətindən danışmış, Azərbaycan dövlətinin hər zaman hərb tariximizi yaradanlara, dövlətçiliyimizin inkişafında əməyi olan insanların xatirəsinə xüsusi qayğı ilə yanaşdığını, General Səməd bəy Mehmandarovun da dövlətimizin qiymətləndirdiyi, fəaliyyətinə qiymət verdiyi şəxsiyyətlərdən biri olduğunu söyləmişlər.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qüdrətli sərkərdə, dünya hərb tarixində xüsusi yeri olan Səməd bəy Mehmandarovun ilk müstəqil Azərbaycanın – Azərbaycan Xalq Cümhuriyyətinin ordusunu quranlardan olduğunu, döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazdığını qeyd etdi. O, Səməd bəy Mehmandarovun yaratdığı nizami ordunun öz peşəkarlığı ilə seçildiyini, Azərbaycan dövlətçiliyi, ordu quruculuğu sahəsində böyük işlər gördüyünü, xalqımızın fəxri olan görkəmli dövlət, hərbi xadimlər sırasında özünə parlaq yer tutan general S.Mehmandarovun nəinki Azərbaycanda, həm də dünyanın bir sıra ölkələrində peşəkar hərbçi kimi xatırlandığını vurğuladı.

Keçidlər