Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı uşaq və gənclərin təsviri-sənət sərgisi təşkil edilmişdir

29 dekabr 2015 | 16:00

29 dekabr 2015-ci il tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Nizami Rayon İcra Hakimiyyəti 201 saylı tam orta məktəb və məktəbin nəzdində yaradılmış “Palitra” Art Studiyası ilə birgə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı uşaq və gənclərin rəsm və sənət işlərindən ibarət sərgi təşkil etmişdir.

Sərgidə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, 201 saylı tam orta məktəbin direktoru Süsən Salmanova və Ombudsman Aparatının əməkdaşı Yeganə Cəfərova sərginin keçirilməsində əsas məqsədin milli-mənəvi dəyərlərin və vətənpərvərlik hissinin gənc rəssamlar tərəfindən təbliği və həmyaşıdlarına aşılanması, xüsusi təsviri istedada malik uşaq və yeniyetmələrin və onların valideynlərinin şagirdlərin istedadlarına biganə qalmamaları, bu istedadın inkişaf etdirilməsinin təbliği, böyüklərin uşaqların hisslərinə, istedadlarına, yaradıcılıqlarına və şəxsiyyətlərinə diqqəti artırmaqdan ibarət olduğunu bildirdilər.

Bundan əlavə S.Salmanova “Palitra” Art Studiyasının 2014-cü ildən 201 saylı tam orta məktəbdə yaradıldığını, dərnəyə həvəskar rəssam və psixoloq Asəf Kərimovun rəhbərlik etdiyini və 27 üzvünün olduğunu qeyd edərək, məktəbin şagirdləri ilə yanaşı Keşlə qəsəbəsində yaşayan və digər məktəblərdə təhsil alan şagirdlərin də studiyada təsviri sənətin sirlərini öyrəndiklərini diqqətə çatdırdı.

Sərgidə “Palitra” Art Studiyasının üzvü olan, bu sahə üzrə alı təhsil alan və artıq professional rəssam kimi fəaliyyət göstərən 201 saylı tam orta məktəbin beş məzunu və iyirmi iki şagirdin yüzə yaxın əsəri tamaşaçılara təqdim edilmişdir.

Həmçinin sərgidə 201 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik ruhunun təbliği məqsədilə səhnəcik də nümayiş etdirilmişdir.

 

 

 

 

 

Keçidlər