Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda 20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

12 yanvar 2016 | 16:00

20 yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və ANS Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə 12 saylı orta məktəbdə “ANS Müstəqil Yayım və Media Şirkəti”nin sifarişi ilə istehsal olunan “Qanlı Yanvar” bədii filminin nümayişi olmuşdur.

Beynəlxalq aktyor heyətinin iştirak etdiyi və təxminən 2 saat 10 dəqiqə davam edən “Qanlı Yanvar” bədii filmi Azərbaycanın ən yeni tarixinin şanlı məqamlarını əks etdirib. Rejissor Vahid Mustafayev “Qanlı Yanvar” filmində 1990-cı ilin 20 Yanvar günündə baş verən faciəli hadisələri bir azərbaycanlı ailəsinin - Nərimanovlar ailəsinin gözü ilə göstərməyə, baş vermiş real hadisələri canlandırmağa və qarşıda duran suallara da cavab tapmağa çalışıb.

Filmin nümayişindən sonra çıxış edən “Qanlı Yanvar” filminin baş rol ifaçıları Tamilla Həmidova və Azər Aydəmir çəkiliş prosesindən bəhs edib, filmin Rusiya, Estoniya, Braziliya, Hindistan kimi ölkələrdə, Monreal, “Qoa” və “Black nights” beynəlxalq film festivallarında nümayiş olunduğunu və mükafatlara layiq görüldüyünü bildirdilər.

Sonra Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova,  YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva çıxış edərək vurğuladılar ki, bu kimi filmlər gənclərimizin maarifləndirilməsində,  şücaət və qəhrəmanlıq hissinin, düşmənə qarşı nifrətin, savaşa hazırlığın aşılanmasında və ən əsası isə mübarizə əzminin yaranmasında mühüm rol oynadığını diqqətə çatdırdılar.

Natiqlər bu gün Azərbaycan xalqının azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin qəhrəmanlıq mübarizəsinin hörmət və ehtiramla əziz tutulduğunu, onların igidliyinin yüksək qiymətləndirildiyini, Vətən övladlarının qanları bahasına qazanılan müstəqilliyimizin qanımız və canımızla qorunmalı olduğunu bildirdilər.

Keçidlər