Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda tikinti-quruculuq və abadlıq işləri davam etdirilir

05 mart 2016 | 16:00

Nizami rayonunda tikinti-quruculuq və abadlıq işlərinin aparılması davam etdirilir. Yaşıllaşdırma tədbirləri çərçivəsində rayonun küçə və prospektləri boyunca xeyli sayda ağac və bəzək kolları əkilir. Belə ki, 05 mart 2016-cı il tarixində Rüstəmov küçəsi 54, 60, 66 və 74 ünvanlarında 600 ədəd ağac əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir.  Bundan əlavə, rayonun Q.Qarayev prospekti 39/47, Nəsimi küçəsi 28, 37, T.Abbasov küçəsi 39, 39a, ünvanlarında məhəllədaxili ərazilərdə iməciliklər təşkil olunmuş, ağaclar budanmış və dibləri bellənmişdir.

Həmçinin  T.Abbasov küçəsi 39 və 39a ünvanlarında ərazinin lanşaftına uyğun yol kənarlarında salınmış yaşıllıq zolaqları boyunca istinad divarı çəkilir və həmin ünvanlarda sakinlərin istirahəti üçün günlüklərin və oturacaqların quraşdırılması planlaşdırılır.

 

 

 

Keçidlər