Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir

18 aprel 2016 | 16:00
18 aprel 2016-cı il tarixində 12 saylı tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və Nizami rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon məktəbliləri arasında "Şahmat" növü üzrə rayon turniri keçirilmişdir. Turnirdə 110 nəfər olmaqla 22 komanda iştirak etmişdir. Turnirdə 145 saylı tam orta məktəbin komandası I yeri, 238 saylı tam orta məktəbin komandası II yeri, Kimya-biologiya təmayüllü liseyin komandası isə III yeri qazanmışdır.
Qeyd edək ki, ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 08 aprel 2016-cı il tarixdə 238 saylı tam orta məktəbdə rayon məktəbliləri arasında "Voleybol" növü üzrə rayon turnirinə yekun vurulmuşdur. 180 nəfər olmaqla 15 komandanın iştirakı ilə keçirilən turnirdə 277 saylı tam orta məktəbin komandası I yeri, 145 saylı tam orta məktəbin komandası II yeri, 32 saylı tam orta məktəbin komandası isə III yeri qazanmışdır.
Həmçinin 12 aprel 2016-cı il tarixində 12 saylı tam orta məktəbdə rayon məktəbliləri arasında 112 nəfər olmaqla 8 komandanın iştirakı ilə "Həndbol" növü üzrə rayon turnirinə yekun vurulmuş, turnirin qalibi  214 saylı tam orta məktəbin komandası olmuşdur. 12 və 32 saylı tam orta məktəbin komandaları isə müvafiq olaraq II və III yerləri tutmuşlar.
Turnirin yekunlarında qalib komandalar mükafatlandırılmışlar.

Keçidlər