Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Çernobıl faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir

26 aprel 2016 | 16:00
26 aprel 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində Çernobıl faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov 26 aprel 1986-cı ildə Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl AES-ində güclü nüvə partlayışı baş verdiyini və stansiyanın dördüncü blokunun tam sıradan çıxması nəticəsində radioaktiv maddələrin havaya atılması səbəbindən ətraf mühitə ciddi ziyan dəydiyini və nəticədə insanlar üçün böyük təhlükə mənbəyinə çevrildiyini söylədi. Bəşəriyyət üçün böyük bir fəlakətin qarşısının alınmasında respublikamızın əsasən gənclərdən ibarət könüllülərinin ən ağır işlərə cəlb edildiyini və onların bu dəhşətli faciənin qarşısının alınmasında xüsusi xidmətlər göstərdiklərini diqqətə çatdırdı. Eyni zamanda A.Qasımov Ulu Öndər Heydər Əliyevin 6 dekabr 1993-cü ildə imzaladığı “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusunun müəyyənləşdirildiyini, onlara bir sıra güzəşt və imtiyazlar verildiyini, həmçinin onların sosial müdafiəsini gücləndirmək və onların sağlamlığının qorunması istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini nəzərə çatdırdı.
Tədbirdə həmçinin Respublika “Çernobıl Əlilləri” İttifaqı İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Azər Səfərov və Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev  çıxış etmişlər.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım göstərilmişdir.

 

 
Keçidlər