Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətində qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan binanın sakinləri ilə görüş keçirilmişdir

30 aprel 2016 | 16:00
30 aprel 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətində qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan Özbəkistan küçəsi 14 saylı binanın sakinləri ilə görüş keçirilmişdir.
Görüşdə sakinləri narahat edən məsələlərə aydınlıq gətirilmiş, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşadıqları binanın yerində müasir tələblərə uyğun yeni binanın tikiləcəyi bildirilmişdir.
Sakinlərin nəzərinə çatdırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq tikinti şirkəti tərəfindən yeni yaşayış binası tikilənədək onların müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi həyata keçiriləcək və yeni tikiləcək yaşayış binasında müvafiq mənzillə təmin olunacaqlar.
Qeyd edək ki, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 86 nömrəli 25 fevral 2016-cı il tarixli qərar vermişdir.

Keçidlər