Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Öyrən, idarə et, lider ol” mövzusunda təlimə start verilmişdir.

18 iyul 2016 | 16:00
18 iyul 2016-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nizami Rayon İcra Hakimiyyəti ilə birgə 12 nömrəli orta məktəbdə “Öyrən, idarə et, lider ol” mövzusunda təlimə başlamışdır.
Təlimdə Nizami rayonunu təmsil edən 28 məktəbli iştirak edir. 5 günlük təlimdə məktəblilərə ekspertlər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək, müzakirələr, qrup işləri aparılacaqdır.
Təlim zamanı uşaqlar liderlik keyfiyyətlərinin, lider üçün zəruri olan bacarıqların inkişaf etdirilməsi yollarını öyrənəcək, həmçinin uşaq hüquqlarına dair ətraflı məlumat əldə edəcəklər.
Təlim proqramı çərçivəsində uşaqlar üçün müxtəlif əyləncə proqramları da nəzərdə tutulmuşdur.
Qeyd edək ki, təlim 22 iyul 2016-cı tarixində yekunlaşacaq və iştirakçılara sertifikatlar veriləcəkdir.

Keçidlər