Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Qol Güləşi” (Armrestlinq) yarışı keçirilib

20 oktyabr 2016 | 16:00
20 oktyabr 2016-cı il tarixində 12 saylı tam orta məktəbin akt zalında rayon gəncləri arasında dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş “Qol Güləşi” (Armrestlinq) yarışı keçirilib.
Yarışın açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev ölkəmizdə idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, idmana dövlət qayğısının daha da artdığını, uğurlu idman siyasəti nəticəsində Azərbaycanın dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımızın isə əsas rəqib kimi qəbul olunduğunu söyləyiblər. Həmçinin, Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlərin beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmadığını, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlərin keçirildiyini bildiriblər.
Natiqlər “Armrestlinq və Pauerliftinq”  idman növünün də Azərbaycanda xeyli inkişaf etdiyini, ölkəmizin bu idman növü üzrə beynəlxalq reytinq cədvəlində ilk yerləri bölüşdüyünü və nailiyyətlər qazanmış idmançılarımızın olduğunu diqqətə çatdıraraq, bu gün təşkil olunmuş “Qol Güləşi” (Armrestlinq) yarışının iştirakçılarına uğurlar arzulayıblar.
Çıxışlardan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və yarış açıq elan edilib.
Yarışın baş hakimi, “Armrestlinq və Pauerliftinq” növləri üzrə beynəlxalq yarışların mükafatçısı, idman ustası Ravid Həsənov iştirakçıları yarışın əsasnaməsi və keçirilmə qaydaları ilə tanış edib.
Yarışda 51 iştirakçı olmaqla rayonun 17 tam orta məktəbinin komandası iştirak edib. Yarış müxtəlif çəki dərəcələrində şəxsi növdə olimpiya sistemi üzrə keçirilib.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın sonunda hər bir çəki dərəcəsində I, II və III yerləri tutmuş gənc idmançılara medallar və diplomlar təqdim olunub.

 

Keçidlər