Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə folklor-musiqi müsabiqəsi keçirilib

22 dekabr 2016 | 16:00
22 dekabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 238 №-li orta məktəbdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə folklor-musiqi müsabiqəsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə iştirakçıları təbrik edib və bu həmrəyliyin təşəkkül tapmasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xüsusi xidmətlərindən danışıb. Natiq qeyd edib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmiş və həmin gündən bu  əlamətdar tarixi bütün Azərbaycanlılar rəsmi bayram günü kimi qeyd edirlər.
Daha sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qeyd edib ki, 31 dekabr tarixi ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız və həmvətənlərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması prosesində mühüm rol oynayır. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi dünya azərbaycanlıları arasında milli birliyin daha da güclənməsi və təşkilatlanmasına təkan vermişdir.         
Qeyd edək ki, rayonun 24 məktəblisinin iştirak etdiyi müsabiqə doqquz nominasiya üzrə keçirilib. Hər nominasiya üzrə I, II, III yerlərin müəyyən olunduğu yarış məktəblilərin maraqlı çıxışları ilə tədbirə rəng qatıb.

 

 

 

Keçidlər