Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda multikulturalizmlə bağlı növbəti tədbir keçirilib

24 dekabr 2016 | 16:00
24 dekabr 2016-cı il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 129 №-li orta məktəbdə multikulturalizmlə bağlı növbəti tədbir keçirilib.
Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, Bakı şəhər təhsil idarəsinin nümayəndəsinin, müəllim və şagirdlərin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, bu gün doğum gününü qeyd etdiyimiz cənab Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycanda yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, dini etiqadı və adət-ənənələri qorunub saxlanılmış və multikultural dəyərlərə hörmət dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan nəinki regionda hətta, bütün dünyada multikulturalizmin və mədəniyyətlərarası dialoqun əsas mərkəzlərindən biridir. Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması sahəsində atılan addımlar nəticəsində ölkəmizdə yaşayan bütün xalqlar mehriban ailə, dost qardaş kimi yaşayır və bu birlik gündən-günə  daha da möhkəmlənir.
Daha sonra çıxış edən məktəb rəhbərliyi və təhsil şöbəsinin əməkdaşı bildiriblər ki, dövlət başçısı İlham Əliyevin 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında 11 yanvar 2016-cı il tarixli sərəncamı da bir daha göstərir ki, multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması daim ölkə rəhbərinin diqqət mərkəzindədir.
Tədbir məktəb şagirdləri tərəfindən hazırlanmış Azərbaycanda yaşayan müxtəlif xalqların geyimlərinin, milli adət-ənənələrinin, rəqslərinin, mətbəxinin və musiqisinin nümayiş olunması ilə davam etmişdir.

 

Keçidlər