Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə "Breyn-rinq" oyunu keçirilmişdir

29 dekabr 2016 | 16:00
29 dekabr 2016-cı il tarixində 10 nömrəli tam orta məktəbdə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və 10 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə rayonun 10 və 61 nömrəli tam orta məktəbləri arasında "Breyn-rinq" oyunu təşkil olunmuşdur.
10 nömrəli tam orta məktəbin direktoru Leyla  Məmmədova və 61 nömrəli tam orta məktəbin direktoru Zemfira Şıxəliyeva rayon məktəbliləri arasında təşkil olunan belə oyunların şagirdlərdə bilik səviyyəsinin artırılması, məktəblər üzrə komandaların formalaşdırılması və şagirdlər arasında istedadların üzə çıxarılması məqsədini daşıdığını, şagirdlərin asudə vaxtlarının daha səmərəli keçirilməsində və intellektual oyunlara marağının artmasında mühüm rol oynadığını bildirmişlər.
Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mürvət İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul əməkdaşı Fərman Abdullayev  çıxışlarında ölkədə keçirilən bilik yarışmalarına xüsusi diqqət göstərildiyini, keçirilən oyunlarda kütləviliyin və obyektivliyin təmin edildiyini, ədalətli rəqabət mühiti yaradıldığını və istedadlı uşaqların müəyyən edilib onların potensiallarının düzgün yönəldilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd etmişlər. Həmçinin natiqlər şagirdlərimizin təkcə ölkə səviyyəsində deyil, beynəlxalq oyunlara, olimpiadalara qatıldığını və uğurlar qazandıqlarını da diqqətə çatdırmışlar.
Çıxışlardan sonra start götürən oyun ərzində məktəblərin “Pifaqor” və “Tusi” komandaları müxtəlif sahələrə dair sualları cavablandırmışlar. Keçirilən bilik yarışması bayram əhval-ruhiyyəsi daşıdığından hər iki komanda qalib elan olunmuşdur.

 

 

Keçidlər