Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib

31 yanvar 2017 | 16:00
31 yanvar 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Dövlət himni səsləndikdən sonra ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin fəaliyyətinə dair hesabat videosu nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.
S.Vəliyeva gənclərin ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil etdiyini, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirdiyini qeyd edib. Eyni zamanda müasir Azərbaycan gənclərinin bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olduqlarını vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov və YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin sədri Sevinc Abdullayeva bildiriblər ki,  bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Natiqlər Yeni Azərbaycan Partiyasının regionda həm gənclərin sayına, həm də cəmiyyətin bu aparıcı təbəqəsinə göstərdiyi diqqət və qayğıya görə lider olduğunu qeyd edərək, gənclərin üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyini və onlara göstərilən etimadı yüksək səviyyədə doğruldacaqlarını vurğulayıblar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ikinci dəfə hakimiyyətə gələndən sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoyduğunu, 1996-cı ildən gənclər forumlarının təşkil edildiyini, 1997-ci ildən isə fevralın ayının 2-sinin Gənclər Günü elan edildiyini diqqətə çatdırıb. Bununla yanaşı, 2003-cü ildən sonra gənclərin inkişafı ilə bağlı imzalanan fərman və sərəncamların, qəbul edilmiş proqramların, qanunların Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm faktora çevrildiyini qeyd edib.
Tədbirin sonunda partiyaya qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Məktəbi”nin məzunlarına sertifikatlar, Azərbaycanı beynəlxalq idman arenasında layiqincə təmsil edən Rasul Çunayevə və partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəallığına görə bir qrup gəncə fəxri fərmanlar, xatirə hədiyyələri təqdim edilib.  

 

 

 

 

Keçidlər