Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Nizami rayonunda məskunlaşan Xocalıdan olan ailələrlə görüş keçirilib

24 fevral 2017 | 16:00
24 fevral 2017-ci il tarixində Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda məskunlaşan Xocalıdan olan ailələrlə görüş keçirdi.
Görüşdə Rayon İcra Hakimiyyətinin əməkdaşları, Rayon Ağsaqqallar şurasının sədri Mayıl Əliyev, Xocalı Rayon İcra Hakimiyyətinin Nizami rayonu üzrə nümayəndəsi Surxay Quliyev iştirak etmişlər.
Görüşdə  XX əsrin dəhşətli hadisələrindən biri kimi tariximizdə iz salan Xocalı soyqırımının insanlığa qarşı törədilən ən amansız faciələrdən sayıldığı, Xocalı faciəsinin bütövlükdə insanlıq  əleyhinə törədilmiş cinayət aktı olduğu, soyqırımı nəticəsində 613 nəfər dinc sakininin xüsusi amansızlıqla qətlə yetirilməsinin dünya tarixində görünməmiş bəşəri cinayət kimi qiymətləndirildiyi qeyd edilmişdir.
Bildirilmişdir ki, Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin siyasi kursu ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Dünyada 2008-ci ildən Heydər Əliyev Fondu tərəfindən “Xocalıya ədalət” kampaniyası ilə bağlı keçirilən tədbirlərin bu işdə çox böyük rolu olmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik korpuslarının və xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində artıq bir çox dünya dövlətlərinin parlamentləri tərəfindən Xocalı faciəsinin Soyqırım kimi tanındığı və pisləndiyi diqqətə çatdırılmışdır.
Görüşdə Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağı, Azərbaycan xalqının  işğal altındakı bütün torpaqlarının düşməndən tezliklə azad ediləcəyi, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqları və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı əminliklə ifadə edilmişdir.
Görüşün sonunda Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan ailələrə maddi köməklik göstərilmişdir.

 

Keçidlər