Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Marş İrəli! Vətənin müdafiəsinə hazıram” devizli “Poliatlon” yarışı keçirilib

28 fevral 2017 | 16:00
28 fevral 2017-ci il tarixində 251 saylı tam orta məktəbin idman meydançasında Nizami Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinin birgə təşkilatçılığı ilə 2017-ci il üçün yaz çağırışına həsr olunmuş çağırışaqədər və çağırışyaşlı gənclər arasında “Marş İrəli! Vətənin müdafiəsinə hazıram” devizli “Poliatlon” yarışı (çoxnövçülük üzrə) keçirilmişdir.
Yarışın açılış mərasimi Qarabağ döyüşlərində şəhid olmuş Vətən oğullarının  xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev çıxış edərək bu yarışın gənclərin fiziki cəhətdən sağlam olması, ordu sıralarında xidmətə hazırlığı, həmçinin vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından vacib olduğunu vurğulamışdır.
Yarışda tərkiblərində cəmi 70 iştirakçı olmaqla 14 təhsil müəssisəsi iştirak etmişdir.
Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışın yekununda 214 saylı tam orta məktəbin komandası I yerə, Kimya-biologiya təmayüllü respublika liseyinin komandası II yerə və 145 saylı tam orta məktəbin komandası III yerə layiq görülərək mükafatlandırılmışlar.

Keçidlər