Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Bədən tərbiyəsi və idman günü” münasibətilə “Stolüstü Tennis” turniri təşkil olunmuşdur.

03 mart 2017 | 16:00
Respublikamızda müstəqillik əldə edildikdən sonra Ulu öndər Heydər Əliyev tərəfindən bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulmuşdur. Bu strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizin şəhər və rayonlarında gənclər və idman siyasətii uğurla davam etdirilir. Eyni zamanda, 2005-ci il mart ayının 4-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında imzalamış olduğu sərəncam dövlətin bu sahəyə olan dəstəyinin nəticəsidir.
03 mart 2017-ci il tarixində 238 nömrəli tam orta məktəbdə “Bədən tərbiyəsi və idman günü” münasibətilə “Stolüstü Tennis” turniri təşkil olunmuşdur.
Olimpiya sistemi üzrə keçirilmiş turnirdə oğlan və qızlar arasında şəxsi növdə 22 nəfər idmançı iştirak etmişdir. Turnirdə oğlanlar arasında Rüstəm Hacılı I yeri,  Rəvan Abbasov  II yeri,  Məhəmməd Məlikov III yeri, qızlar arasında isə Günel Hacıyeva I yeri, Ədilə Rza II yeri, Sürayə Quliyeva III yeri qazanmışlar.

Keçidlər