Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə rayon məktəbliləri arasında mini-futbol turnirinin final mərhələsi keçirilib

06 may 2017 | 16:00

06 may 2017-ci il tarixində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun stadionunda Nizami Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə  rayon məktəbliləri arasında mini-futbol turnirinin final mərhələsi keçirilib.
İlk öncə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyulub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev çıxış edərək yarış iştirakçılarına öz ürək sözlərini çatdırıblar.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyi münasibətilə təşkil olunmuş turnirlərdə 24 komanda olimpiya sistemi üzrə yarışıb.
220 saylı məktəb-liseyin və 251 saylı tam orta məktəbin iştirak etdiyi final oyunu 220 saylı məktəb-liseyin komandasının qələbəsi ilə yekunlaşıb.
Sonda I, II və III  yeri tutan komandalar ( I yer – 220 saylı məktəb-lisey, II yer – 251 saylı tam orta məktəb, III yer – "Zəngi" liseyinin komandası) kubok, diplom və medallarla təltif olunublar.

Keçidlər