Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilib

22 may 2017 | 16:00

22 may 2017-ci il tarixində YAP Nizami rayon təşkilatında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Nizami Rayon Məşğulluq Mərkəzi “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirib.
Dəyirmi masada qeyd edilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü sosial məsuliyyətin bölgüsü prinsipinin yerinə yetirilməsi işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı tədbirlərinin daha da güclənməsinə imkan yaradıb.
Sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində Nizami rayonunda da məqsədyönlü işlər aparıldığı, rayonda fəaliyyət göstərən dövlət müəssisə və təşkilatlarından təqdim olunan vakansiyalar üzrə Məşğulluq Mərkəzi tərəfindən işsiz və işaxtaran vətəndaşların iş yerləri ilə təminatı istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.
Ümumilikdə, Nizami rayonunda 2016-cı ildə və 2017-ci ilin yanvar-aprel aylarında Məşğulluq Mərkəzi tərəfindən 1527 nəfər işsiz və işaxtaran vətəndaşın münasib işlərlə təmin edildiyi, 132 nəfər şəxsin isə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunduğu və rayonda işsiz və işaxtaran şəxslərin dövlət müəssisə və təşkilatlarında vakansiyalar üzrə iş yerləri ilə təmin olunmasının davam etdirildiyi diqqətə çatdırılıb.
Dəyirmi masada Rayon Məşğulluq Mərkəzi və işəgötürənlər tərəfindən sosial məsuliyyətin bölgüsü prinsipi çərçivəsində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi yönündə həyata keçirilən birgə tədbirlər, onların nəticələri ətraflı təhlil edilib və qarşıda duran vəzifələr müzakirə olunub.

Keçidlər