Şriftin ölçüsü :

Saytın rəngi :

28 may – Respublika Günü münasibətilə Nizami rayonundan bir qrup gənc Eko-Parka səfər ediblər

25 may 2017 | 16:00

25 may 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və partiyanın Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 may – Respublika Günü münasibətilə bir qrup gənc Eko-Parka səfər ediblər.
Ekoloji Parkda təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra gənclərə “EkoPark” Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi ekoloji layihələr, fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.
Gəzinti zamanı gənclər Eko-Parkın istehsalat sahələri və infrastrukturu, burada quraşdırılmış külək generatorları, günəş panelləri və parkda tətbiq olunan digər müasir texnologiyalarla tanış olublar.
Parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin bioekoloji xüsusiyyətləri və becərilmə üsulları gənclərdə böyük marağa səbəb olub.
Qeyd edilib ki, kompleks özlüyü üç əsas hissədən: toxum, böyütmə və yetişdirilməsi xüsusi şərait tələb edən dekorativ bitkilər üçün ayrılmış oranjereya şöbələrindən ibarətdir. İstixanada ildə bir milyon ədəd şitil yetişdirmək mümkündür. Bura, bitki növlərinin yetkin tinglik dövrünə qədər vahid coğrafi arealda yetişdirilməsi, yaşıllıq zolaqları salınan sahələrdə əkindən sonrakı adaptasiya prosesinin normal keçməsi və təbii itkilərin minimuma endirilməsinə şərait yaradır.
Ekskursiyanın sonunda xatirə şəkilləri çəkilib.

Keçidlər