Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 28 May – Respublika Günü münasibətilə “Tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti” adlı tədbir keçirilmişdir

26 may 2017 | 16:00

26 may 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Keşlə bələdiyyəsi və 312 №-li məktəbin birgə təşkilatçılığı ilə 28 May – Respublika Günü münasibətilə  “Tariximizin şanlı səhifəsi – Azərbaycan Xalq Cümhuriyyəti” adlı tədbir keçirilmişdir.      
Tədbirdə yazıçı-publisist Xeyrəddin Qoca, Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov və 312 №-li məktəbin direktoru Xatirə Hacıyeva çıxış etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, tarixi fəaliyyəti, həyata keçirilən tədbirlər, qəbul edilmiş qərarlar haqqında məlumatlar vermiş və vurğulamışlar ki,  Şərqdə, müsəlman və türk dünyasında ilk demokratik siyasi qurum olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq tariximizin çox yadda qalan, unudulmaz və ən şanlı səhifələrindəndir. Elə səhifələr ki, onlarda Azərbaycan xalqının əzəli arzuları, müstəmləkəçiliyə, əsarətə qarşı, azadlıq, müstəqillik və milli birlik uğrunda şanlı mübarizə uğurları əks olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoymuşdur. Müasir Azərbaycan Respublikası  Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. Bu gün Azərbaycan Respublikası demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Ulu ondərimizin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində müasir Azərbaycan dünyanın siyasi-iqtisadi arenasında xüsusi nüfuz qazanmışdır.
Tədbirin sonunda 28 May – Respublika Günü münasibətilə keçirilən inşa yazı müsabiqəsinin qalibləri Keşlə bələdiyyəsi tərəfindən mükafatlandırılmış, həmçinin məktəblilərin ifasında musiqili kompozisiya nümayiş etdirilmişdir.

Keçidlər