Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin" hərbi-idman oyununun Respublika mərhələsinin qalib komandası ilə görüş keçirilib

05 iyun 2017 | 16:00

05 iyun 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində "Şahin" hərbi-idman oyununun Respublika mərhələsinin qalibi olan 227 saylı tam orta məktəbin komandası ilə görüş keçirilib.
"Şahin" hərbi-idman oyunları haqqında məlumat verən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, ənənəvi olaraq hər il keçirilən "Şahin" hərbi-idman oyununun yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarına xidmətə hazırlanmasına kömək məqsədi daşıdığını bildirib.
Görüşdə Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev və 227 saylı tam orta məktəbin direktoru Nazilə Əliyeva çıxış edərək, gənc nəslin xalqa, dövlətə sədaqət ruhunda yetişməsində, onların mənəvi-psixoloji və fiziki hazırlığında, vətənpərvərlik hisslərinin aşılanmasında, sabahın əsgər və zabitlərinin formalaşmasında bu oyunların əhəmiyyətindən danışıblar.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov “Şahin" hərbi-idman oyununun Respublika mərhələsində Nizami rayonunu təmsil edən 227 saylı tam orta məktəbin komandasını birinci yeri tutmaları münasibətilə təbrik edərək, bu qalibiyyətdə əməyi olan hər bir kəsə öz təşəkkürünü bildirib.
Sonda qalib komandanın üzvlərinə diplomlar təqdim edilib və xatirə şəkli çəkilib.

 

Keçidlər