Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda "Piyada-hərəkət iştirakçısıdır" mövzusunda maarifləndirici tədbir keçirilib

08 iyun 2017 | 16:00

08 iyun 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 61 №-li tam orta məktəbdə "Piyada-hərəkət iştirakçısıdır" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan 61 №-li tam orta məktəbin direktoru Zemfira Şıxəliyeva  ilk öncə iştirakçıları salamlayaraq,  belə vacib bir tədbirin təşkili üçün təşkilatçılara  minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Bakı şəhər Baş Polis İdarəsi Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı şəhər Baş Polis İdarəsi Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 46 saylı Məktəbdənkənar tərbiyə işi mərkəzinin şöbə müdiri Fəridə Süleymanova tədbirin keçirilməsində məqsədin ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, həmçinin rayonun inzibati ərazisində hərəkət intensivliyinin yüksək olduğu ərazidə yerləşən ümumtəhsil məktəblərində məktəblilərin təhlükəsizliyinin təmin edilməsi, xüsusilə uşaq və yeniyetmələrin yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunması olduğunu söyləyiblər.
Bakı şəhərində yol təhlükəsizliyinin təmin olunmasında aktiv olan ictimai fəal Xalid Musayev (“Canlı işıqfor”) rayon ərazisində keçirdiyi təbliğat xarakterli fəaliyyəti barədə danışıb və ictimaiyyətin hər bir üzvünün bu işlərdə fəal olmasının vacibliyini vurğulayıb. 
Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən danışaraq, belə tədbirlərin digər təhsil müəssisələrində də keçirilməsinin zəruriliyini qeyd edib.
Tədbirin sonunda yol hərəkəti qaydalarına aid viktorina keçirilib, qalib şagirdlərə hədiyyələr təqdim edilib.

Keçidlər