Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 sentyabr – Bilik Günü qeyd edilib

15 sentyabr 2017 | 16:00
15 sentyabr – Bilik Günü Nizami rayonunun bütün orta məktəblərində təntənəli şəkildə qeyd edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Qərib Məmmədov, müavinləri İldırım Mehdiyev, Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və  Rayon İcra Hakimiyyətinin başçısı aparatının əməkdaşları Bilik Günü ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərdə iştirak ediblər.
Tədbirlərdə çıxış edənlər ilk öncə yeni tədris ili münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıblar.
Natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən islahatlar sayəsində təhsilin inkişafı istiqamətində mühüm addımlar atıldığını, bundan əlavə, yeni ümumtəhsil məktəblərinin tikintisinin, mövcud məktəblər üçün əlavə korpusların inşasının, onların əsaslı təmirinin və müasir avadanlıqlarla təminatının həyata keçirildiyini bildiriblər. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edərək, Heydər Əliyev Fondu tərəfindən “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramının, “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələrinin uğurla həyata keçirildiyini diqqətə çatdırıblar.
Qeyd edək ki, 2016/2017-ci dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 1977 nəfər şagird bitirib, onlardan 1825 nəfəri ali məktəblərə sənəd verib və Dövlət İmtahan Mərkəzinin verdiyi rəsmi məlumata görə, sənəd verənlərin 1191 nəfəri, yəni 65,3%-i tələbə adını qazanıb (ötən ilki qəbul 58,6%).
 
 
 
 
* * * * * *
 
 
 
 
 
* * * * * *
 
 
 
 
Keçidlər