Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Beynəlxalq Ahıllar Günü qeyd edilib

30 sentyabr 2017 | 16:00
30 sentyabr 2017-ci il tarixində Heydər Bağı park-bulvarda 01 oktyabr  Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev ilk öncə ahılları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edərək, bu tarixin beynəlxalq səviyyədə qeyd olunmasını xatırladıb və belə tədbirləri keçirməkdə məqsədin rayonda yaşayan ahıl vətəndaşların sosial problemləri ilə yaxından tanış olmaq, onlara diqqət və qayğı göstərərək, əhval-ruhiyyələrini yüksəltmək olduğunu bildirib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxışında BMT-nin Baş Məclisinin 1992-ci ildə Ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etdiyini və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-nin Beynəlxalq Ahıllar Günü kimi qəbul edildiyini, ölkəmizdə də Beynəlxalq Ahıllar gününün 1993-cü ildən qeyd olunduğunu, ümummilli lideri Heydər Əliyevin ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, 2001-ci ildə “Ahıllara sosial xidmət haqqında” qəbul olunan Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşlarının ahıl hesab olunduğunu, həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə ahıl insanlara qayğı göstərilməsi, onların problemlərinin həll edilməsinin bir vəzifə kimi qarşımıza qoyulduğunu və bu qəbildən olan insanlara dövlət qayğısının ildən-ilə artdığını diqqətə çatdırıb. Çıxışının sonunda G.İsrafilova rayon rəhbərliyi adından ahılları Beynəlxalq Ahıllar Günü münasibətilə təbrik edib.
Daha sonra, rayon ahılları arasında stolüstü idman oyunlarından olan nərd, dama və şahmat üzrə yarışlar keçirilib.
Sonda qaliblər və oyun iştirakçıları mükafatlandırılıblar.
 
 
 
 
 
Keçidlər