Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda "Şəhadət" sənədli filmi nümayiş olunub

06 noyabr 2017 | 16:00
06 noyabr 2017-ci il tarixində 238 nömrəli tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi nümayiş etdirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin və Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, yuxarı sinif şagirdləri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, həmin şöbənin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Amal Məlikov, 238 nömrəli tam orta məktəbin direktoru İlqar Talıbov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dini radikalizmə qarşı mübarizədə maarifləndirmə əsas metodlardan biridir. Bu sahədə, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi önəm verilməli, həyata keçirilən maarifləndirmə tədbirlərində müxtəlif məzmunlu təbliğat materiallarından geniş istifadə edilməlidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Çıxış edənlər onu da vurğulayıblar ki, yeniyetmə-gənclərdə vətənpərvərlik tərbiyəsinin təbliği və təşviqi məqsədilə hazırlanan "Şəhadət" filmində  Vətənin müqəddəsliyi və onun müdafiəsinin vacibliyi, şəhidlik zirvəsinin ucalığı, qəhrəmanlığın gətirdiyi fəxarət hissi təbliğ olunur, digər tərəfdən isə radikalizmin cəmiyyət, dövlət, ailə üçün hansı faciələrə səbəb olduğu real faktlarla tamaşaçılara təqdim edilir.
Natiqlər gənclərimizi dini ekstremizm və xurafatın zərərli təsirlərindən qorumaq, onları Vətənə, dövlətə bağlı vətəndaş kimi formalaşdırmaq məqsədilə mütəmadi olaraq yerlərdə maarifləndirici tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildiriblər.
Tədbirin sonunda “Şəhadət” filmi nümayiş etdirilib və iştirakçıların sualları cavablandırılıb.

Keçidlər