Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə növbəti görüş keçirilib

08 noyabr 2017 | 16:00
08 noyabr 2017-ci il tarixində Rayon İcra Hakimiyyətində Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə növbəti görüş keçirilib.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin baş direktor müavini Tahir Salmanov bugünkü görüşün vergi inzibatçılığında sadələşdirilmiş prosedurlar qaydaları barədə məlumatların və vergi qanunvericiliyində baş vermiş dəyişikliklərin sahibkarlara bilavasitə çatdırılması məqsədilə keçirildiyini bildirib.
Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Xidmət və Uçot İdarəsinin direktor müavini İlkin Həsənov “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi, “Elektron qaimə fakturaların tətbiqi və istifadəsi”, əmək müqavilələrinin rəsmiləşdirilməsi, mal qalığının sənədləşdirilməsi, vergi ödəyicilərinin uçotu və təsərrüfat subyektlərinin (obyektlərin) qeydiyyatı qaydaları barədə, eyni zamanda Qanunun və qaydaların tələblərinin pozulmasına görə məsuliyyət barədə sahibkarlara ətraflı məlumat verib.
Sonra Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Xidmət və Uçot İdarəsinin direktoru Nadir Cəbrayılov və Vergilər Nazirliyinin məsul əməkdaşı Azər Şirinov çıxış edərək, ölkədə vergi yükünün azaldılması, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına əlverişli şəraitin yaradılmasına, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsinə, sahibkarların hüquqlarının daha etibarlı qorunmasına xidmət etdiyini bildirib.
Sonda müxtəlif sektorlarda çalışan kiçik və orta sahibkarların sualları cavablandırılıb.

 

Keçidlər