Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Kitab üzərindən açılan dünya“ adlı layihə başa çatıb

28 noyabr 2017 | 16:00
28 noyabr  2017-ci il tarixində  Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Kitab üzərindən açılan dünya“ adlı layihə başa çatıb.
28 noyabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin həyata keçirdiyi “Kitab üzərindən açılan dünya“ adlı layihə çərçivəsində 229 saylı tam orta məktəbin şagirdlərinin Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evinə ekskursiyası təşkil edilib. Ekskursiyada Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, həmin şöbənin baş məsləhətçisi Eldəniz Zeynalov, “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin sədri Dinara Bayramlı, birliyin eksperti Nailə İsmayılova və  229 saylı tam orta məktəbin müəllimləri də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nailə İsmayılova tədbirdə göstərdiyi köməkliyə görə Nizami Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin təşəkkürünü bildirərək qeyd edib ki, layihənin əsas məqsədi gənclər arasında kitaba münasibətin araşdırılması, onlara kitabın ərsəyə gəlməsində çəkilən zəhmətin dəyərləndirilməsinin aşılanması, kitab oxumağın insanın dünyagörüşündə, düşüncəsində yaratdığı dəyişikliyin başa salınması və peşə seçimində şagirdlərə istiqamət verilməsindən ibarətdir.
Daha sonra, çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov bildirib ki, tədbir vasitəsilə şagirdlər kitabların çapı ilə bağlı istehsal prosesini əyani şəkildə müşahidə edib, istehsalatda çalışan mütəxəssislər tərəfindən kitab çapı ilə bağlı texniki biliklərə yiyələniblər. Natiq çıxışında gələcəkdə şagirdlərin peşə seçimi zamanı bu ekskursiyanın önəmli rol oynayacağını vurğulayıb.
İnsanın ən əziz və yaxın dostunun kitab olduğunu qeyd edən Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eldəniz Zeynalov diqqətə çatdırıb ki, müxtəlif informasiya mənbələrinin bolluğu müasir dövrdə sanki, kitablara olan dəyəri azaltmışdır, lakin  buna yol vermək olmaz. Sağlam, savadlı, mədəni nəsillərin yetişməsi üçün kitabları qorumaq, onlardan səmərəli istifadə etmək və çox mütaliə etmək lazımdır.
Ümumilikdə layihə çərçivəsində Nizami rayonunun  dörd  təhsil müəssisəsi - 61, 129, 229 saylı tam orta məktəbləri və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi bu tədbirə cəlb edilib.
Ekskursiya zamanı layihədə iştirak edən məktəblilərə üzərində “SAF Həyat Naminə“ Gənclər İctimai Birliyinin loqosu həkk olunan köynəklər paylanılıb və onlar sertifikatlarla mükafatlandırılıblar, Şərq-Qərb Nəşriyyat və Poliqrafiya Evinin rəhbərliyi tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.

 

Keçidlər