Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə kampaniyası keçirilib

09 dekabr 2017 | 16:00

09 dekabr 2017-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə ağacəkmə kampaniyası keçirib.

Nizami Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının, ictimaiyyət nümayəndələrinin, könüllülərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu ağacəkmə kampaniyasında rayon ərazisində Ə.Vəliyev küçəsi, 2433-cü məhəllədə 600 Eldar şamı və Sərv ağacı əkilib, mövcud olan yaşıllıqlara aqrotexniki qulluq edilib, dibləri bellənib və ərazidə abadlıq işləri aparılıb.

 

 

Keçidlər