Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda "İnsan alveri-müasir köləlik" mövzusunda maarifləndirici seminar keçirilib

12 yanvar 2018 | 16:00
12 yanvar 2018-ci il tarixində 210 saylı tam orta məktəbdə Nizami Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının icrasi ilə əlaqədar "İnsan alveri-müasir köləlik" mövzusunda maarifləndirici seminar keçirilib.
Seminarı 210 saylı tam orta məktəbin direktoru Kəmalə Rəsulova açaraq bildirib ki, hər il minlərlə insan, əsasən, qadınlar və uşaqlar istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olurlar. Bütün göstəricilər qurbanların sayının artdığına işarə edir. İnsan alveri insan hüquqları və demokratik cəmiyyətlərin fundamental dəyərləri üçün təhlükə yaratdığından bütün dünyada diqqət mərkəzindədir.
Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Tural Mustafazadə seminarda çıxış edərək, insan alveri barədə, onun qurbanına çevrilməməyin yolları haqqında şagirdlərə geniş məlumat verib.
Sonda insan alverinə qarşı mübarizə ilə bağlı fiim nümayiş etdirilib və mövzu ətrafında geniş diskussiya aparılıb.

Keçidlər