Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Təbiətimizi gözəlləşdirək” adlı festival keçirilib

02 may 2018 | 16:00
02 may 2018-ci il tarixində 62 №-li məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Təbiətimizi gözəlləşdirək” adlı festival keçirilib.
Festivalda Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatları Fəttah Heydərov, Sədaqət Vəliyeva, Rasim Musabəyov, Flora Qasımova, Məlahət İbrahimqızı, Sevinc Hüseynova, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Musa Quliyev, Hadı Rəcəbli, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini  Aynur Sofiyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, rayonun idarə və müəssisə rəhbərləri iştirak ediblər.
Qonaqlar ilk öncə 62 №-li məktəb-liseyin ərazisində müəllim kollektivi, şagirdlər və onların valideynləri tərəfindən əkilmiş meyvə ağacları, ekoloji tullantılardan, o cümlədən maşın təkərləri, sınıq velosipedlər, plastik qablar, köhnəlmiş çantalardan düzəldilmiş qeyri-adi fiqurlarda əkilmiş gül kollarına baxış keçiriblər.
Festivalı açan 62 №-li məktəb-liseyin direktoru Mətanət Cabbarlı ulu öndər  Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə, həmçinin Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan İDEA – Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsindəki layihələr çərçivəsində məktəbin ərazisində məktəb-liseyin müəllim kollektivi, şagirdlər və onların valideynləri tərəfindən meyvə ağaclarından bağ salınındığını və ekoloji tullantılardan qeyri-adi fiqurlar düzəldilərək gül kolları əkildiyini diqqətə çatdırıb.
M.Cabbarlı bildirib ki, belə bir tədbirin keçirilməsində məqsəd gənclərin ekoloji sahədə maarifləndirilməsi, ekoloji təmizliyin insanların sağlamlığına olan müsbət təsiri, ətraf mühitin mühafizəsi və məişət tullantılarının düzgün idarə olunması məsələləri haqqında şagirdlər arasında informasiyanın yayılmasına dəstək olmaq, insanlara, ələlxüsus yeniyetmə-gənclərə ətraf mühitin təmiz saxlanmasının vacibliyini xatırlatmaq, planetimizin ekoloji sağlamlığına məsuliyyətli yanaşmanı təbliğ etməkdir.
Festivalda çıxış edən Milli Məclisin deputatı Fəttah Heydərov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Ümummilli Lider tərəfindən ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlərdən və onun bu sahədə ideyaları, həmçinin ölkədə ekoloji vəziyyətin sağlamlaşdırılması istiqamətində görülmüş işlərdən danışıblar. Eyni zamanda, ətraf mühitin mühafizəsini ümumdövlət əhəmiyyətli iş kimi dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə ekoloji tarazlığı həmişə diqqət mərkəzində saxladığını, onun rəhbərliyi  ilə ekoloji siyasət, ətraf mühitin mühafizəsi sahəsində ölkədə tədbirlərin həyata keçirildiyini, “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağacın əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi olduğunu söyləyiblər.
Natiqlər belə bir layihənin şagirdlərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunmasında əhəmiyyətini vurğulayaraq, digər təhsil ocaqlarında da tətbiq edilməsinin vacibliyini bildiriblər.
Sonda şagirdlərin ifasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş ədəbi-bədii kompozisiya səsləndirilib.

  

Keçidlər