Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

10 may 2018 | 16:00

10 may 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən C.Naxçıvanski küçəsi 10, 12, 14, 16, 18 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda E/Abbasov, C.Rəcəbli, A.Zeynalov, S.Məhərrəmov, T.Məmmədova, və digər sakinlər yaşadıqları məhəllədə uşaqlar üçün əyləncə qurğularının qoyulması, oturacaqların bərpa edilməsi, qəzalı ağacların kəsilməsi, yaşadıqları binaların giriş qapılarının və pilləkən qəfəslərinin təmir olunması, mərasim evinə su və işıq sayğaclarının qoyulması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək, qaldırdıqları məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər