Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda "Azərbaycanın məşhur həkimləri" mövzusunda tədbir keçirilib

15 may 2018 | 16:00

15 may 2018-ci il tarixində Kimya-Biologiya təmayüllü Respublika Liseyində "Azərbaycanın məşhur həkimləri" mövzusunda tədbir keçirilib.

Tədbirdə 17 saylı uşaq poliklinikasının həkim-pediatrı Həmidə Ələfsərova görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyev, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan, dünya təcrübəsində birincilər sırasında peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə dair bir çox sanballı tədqiqatların müəllifi kimi öz sözünü demiş Zərifə Əziz qizi Əliyeva, Azərbaycanın məşhur həkimlərindən olan unudulmaz cərrah Mustafa Topçubaşov, pediatriya elminin banisi, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Əbülfəz Qarayev, anatomiya elminin banisi Kamil Əbdülsalam oğlu Balakişiyev və tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan Əziz oğlu Əliyevin səhiyyə sahəsindəki fəaliyyətləri barədə geniş məruzə ilə çıxış edib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin bas məsləhətçisi Nəsibə Mahmudova, 17 saylı uşaq poliklinikasının həkim-pediatrları Rəsmiyyə Məcidova və Pərvanə Nəsibova, “Avrasiya” klinikasının həkim-terapevti, Kimya-Biologiya təmayüllü Respublika Liseyinin məzunu Fərasət İbadlı, liseyin direktoru Kamran Rəhimov və tədris hissə müdiri Aslan Ağakişiyev mövzu ilə bağlı öz fikirlərini söyləyərək, həkim olmaq arzusunda olan şagirdlərə uğurlar diləyiblər.

 

Keçidlər