Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib

25 may 2018 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti başçısının 19 fevral 2018-ci il tarixıi 1-1/30 nömrəli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası ilə əlaqədar olaraq 24 may 2018-ci il tarixində müəllimlərin, şagird və valideynlərin iştirakı ilə 238 №-li tam orta məktəbdə “Cümhuriyyət işığında” və 251 №-li tam orta məktəbdə “Bir kərə yüksələn bayraq...” mövzularında tədbirlər, eləcə də 25 may 2018-ci il tarixində Keşlə qəsəbəsindəki 312 №-li tam orta məktəbdə “AXC-100” adlı flaşmob keçirilib.

Tədbirlərdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, həmin şöbənin baş məsləhətçisi İsa Hüseynov, tədris müəssisələrinin direktorları İlqar Talıbov, Aygün Əzizova və Xatirə Hacıyeva çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə məlumatlar veriblər. Çıxışlarda qeyd olunub ki, bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, cümhuriyyət dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Biz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik.

Tədbirlərin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini əks etdirən foto-kitab sərgilərinə baxılıb, məktəblilərin ifalarında şeirlər səsləndirilib, mahnılar ifa olunub. Həmçinin Cümhuriyyətə həsr olunmuş bədii əsərlərdən istifadə edilməklə səhnələşdirlmiş parçalar göstərilib.

Keçidlər