Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə "Nə? Harada? Nə Zaman?" intellektual oyunu keçirilib

25 may 2018 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə 25 may 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə  Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Nə? Harada? Nə Zaman?" intellektual oyunu keçirilib.

İntellektual oyunda Bakı Texniki və Bakı Qida Sənayesi kollecləri, 4 saylı Bakı Peşə və 14 saylı Bakı Peşə liseylərindən ümumilikdə 12 komanda  iştirak edib.

İntellektual oyunun keçirilməsində əsas məqsəd gənclərin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixini mükəmməl bilməsi, onların dünyagörüşünün və məntiqi düşüncə tərzinin inkişaf etdirilməsidir.

Oyunda birinci yerə 4 saylı Bakı Peşə Liseyinin "Zəfər " komandası, ikinci yerə həmin liseyin "Qarabağ" komandası, üçüncü yerə isə 14 saylı Bakı Peşə Liseyinin  "Bayraq" komandası layiq görülüblər.

Keçidlər