Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Azərbaycan Rus İcmasının yaradılmasının 25-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

08 iyun 2018 | 16:00

08 iyun 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı və Azərbaycan Rus İcması Nizami rayon şöbəsi ilə birgə ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi  və Azərbaycan Rus İcmasının yaradılmasının 25-ci ildönümü münasibətilə dəyirmi masa keçirib.

Dəyirmi masada çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Azərbaycan Rus İcması sədrinin köməkçisi Boris Petroviç Voronin, Azərbaycan Rus İcması Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, Nizami rayon sakini Klimenko Viktoriya Vasilyevna və başqaları ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda bütün millətlərin nümayəndələrinin dinc yanaşı yaşamasından, multikulturalizm siyasətinin dövlət səviyyəsində aparılmasından, Prezident İlham Əliyevin dahi siyasətçi Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu layiqincə davam etdirməsindən danışıblar.

Qeyd edilib ki, Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır.

Tədbirin sonunda Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan Rus İcmasının təşəkkürnaməsi ilə təltif edilib, eləcə də, ictimai-siyasi proseslərdə fəal iştirak edən bir qrup Azərbaycan Rus İcmasının üzvünə diplom və Fəxri fərmanlar verilib.

Keçidlər