Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb

12 iyun 2018 | 16:00

11 iyun 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ə.Hacıyev küçəsi 46 ünvanında yerləşən “Təkəli” mərasim evində Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.

İftar mərasimində Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri Qərib Məmmədov və Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri, imkansız şəxslər, qocalar, şəhid ailələrinin üzvləri, veteranlar, məcburi köçkünlər iştirak ediblər.  

İftar mərasimində müqəddəs Qurani-Kərimdən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb.

İftar mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrfilova və Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan xalqının əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qaldığını, özünün adət-ənənələrini yaşatdığını qeyd ediblər. Dini dəyərlərimiz içərisində Ramazan ayının özünəməxsus yeri olduğunu söyləyən natiqlər Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu və Azərbaycanda təşkil olunan iftar süfrələrinin ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi olduğunu bildiriblər. Natiqlər mərasim iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib və  bu əziz gündə niyyətlərinin həyata keçməsini diləyiblər.

 

 
Keçidlər