Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə məktəblilər arasında inşa yazı müsabiqəsi keçirilib

13 iyun 2018 | 16:00

12 iyun 2018-ci il tarixində 12 №-li tam orta məktəbdə 15 İyun – Milli Qurtuluş Günü münasibətilə rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilib.

Müsabiqədə 19 tam orta məktəbi təmsil edən 23 şagird iştirak edib.

“Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda təşkil edilən inşa yazı müsabiqəsində I yerə 277 №-li tam orta məktəbin şagirdi Günel Əliyeva, II yerə 129 №-li tam orta məktəbin şagirdi Sevgili İsmayılova və III yerə 251 №-li tam orta məktəbin şagirdi Cəmilə Muradova layiq görülüblər və diplomlarla mükafatlandırılıblar.

Keçidlər