Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

18 iyul 2018 | 16:00

18 iyul 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən rayon sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Səyyar qəbulların ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini söyləyən Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd  əhalinin problemlərinin yerində öyrənilməsi və qaldırılan məsələlərin operativ həll edilməsidir.

A.Qasımov Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan abadlıq quruculuq işləri, həyata keçirilən sosialyönümlü layihələr və həmçinin rayonda görülən işlər barədə sakinlərə məlumat verib.

Daha sonra sakinlər tərəfindən eyvanların təmiri, məhəllələrin asfaltlanması və uşaq-əyləncə qurğularının quraşdırılması, binalara istiliyin verilməsi, işlə təmin olunma  və digər qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb, əlaqədar qurum və təşkilat rəhbərlərinə məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək onların həlli nəzarətə götürülüb.

 

Keçidlər