Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib

19 sentyabr 2018 | 16:00

19 sentyabr 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən R.Rüstəmov küçəsi 13, 13a, 17, K.Balakişiyev küçəsi 46a, 48 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb.

Qəbulda sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, kanalizasiya sisteminin təmir edilməsi, binaların dam örtükləri və girişlərinin təmir olunması, məhəllədəki ağacların suvarılması üçün su kranlarının qoyulması, ağacların budanması və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər problemlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.

Keçidlər