Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 1 oktyabr Beynəlxalq Ahıllar Günü qeyd edilib

01 oktyabr 2018 | 16:00

01 oktyabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət Baş idarəsi və  Respublika Ağsaqqallar Şurasının Mətbuat Xidmətinin birgə təşkilatçılığı ilə “Yaşıl bağ” istirahət mərkəzində 1 oktyabr Beynəlxalq Ahıllar günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ilk öncə ahılları salamlayaraq Beynəlxalq Ahıllar Günü münasibətilə onları təbrik edib. O, 1992-ci ildə BMT-nin Baş Məclisinin ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə müvafiq olaraq hər il oktyabrın 1-i bütün dünyada, 1993-cü ildən isə ölkəmizdə Beynəlxalq Ahıllar Gününün qeyd olunduğunu diqqətə çatdırıb. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunmasının ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını və Azərbaycanda da ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını qeyd edən G.İsrafilova, ölkəmizdə yaşlı insanların problemlərinə həssas münasibət göstərildiyini, pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və dövlət tərəfindən ahıl insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar aparıldığını nəzərə çatdırıb. Respublikamızın bütün bölgələrində olduğu kimi, rayonumuzda da ahıllara böyük hörmət və diqqət göstərildiyini, Rayon İcra Hakimiyyətinin ahıllarla sıx əlaqə saxlayaraq onların problemləri, gündəlik qayğıları ilə mütəmadi məşğul olduğunu bildirib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı Səbinə Məmmədova və Respublika Ağsaqqallar Şurasının Mətbuat xidmətinin əməkdaşı Şərafət Şəfa çıxış edərək, rayon ahıllarına göstərilən diqqət və qayğını yüksək qiymətləndirib və qeyd ediblər ki, ahılların həyat və təcrübəsi böyüməkdə olan gənc nəsil üçün böyük örnəkdir və hər bir gənc daim onların təcrübəsindən yararlanmalıdırlar.

Tədbirdə həmçinin rayon ahılları adından Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və Veteranlar Şurasının sədri Yəhya Ağayev çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Bayram süfrəsi ətrafında keçirilən tədbir Rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi konsert proqramı ilə davam etdirilib.

 

 

Keçidlər