Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda yaşıllıqların qorunması daim diqqət mərkəzindədir

22 oktyabr 2018 | 16:00

Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin 18 oktyabr 2018-ci il tarixli telefonoqramında bildirilmişdir ki, Nizami rayonunun 4085-ci məhəlləsində ağac kəsimi faktı aşkarlanmışdır. Bunun əsasında “İctimai” və “Lider” televiziyalarında da bu barədə informasiya yayılmışdır. Lakin yerində və ətraf ərazilərdə aparılan araşdırmaların nəticəsində bir ədəd ağacın naməlum yerdə kəsilərək bu əraziyə atılması aşkarlanmışdır. Sözügedən ərazidə mövcud olan ağacların bəzilərində təbii quruma müşahidə edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə razılaşdırılmaqla bu ağacların yeni ağac növləri ilə əvəzlənməsi nəzərdə tutulmuşdur. Mövcud yaşıllıqların qorunması məqsədilə həmin ərazi rayonun aidiyyəti qurumları tərəfindən nəzarətə götürülmüşdür.

Hal-hazırda Nizami rayonu ərazisində genişmiqyaslı abadlıq və yaşıllaşdırma işləri aparılır. Şərifli küçəsi ilə Ş.Mirzəyev küçəsinin, Ş.Mirzəyev küçəsi ilə T.Abbasov küçəsinin, A.Manafov küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində və Q.Qarayev prospekti 71 ünvanında uzun illər istismar nəticəsində tam yararsız vəziyyətə düşmüş istirahət parkları yenidən qurularaq sakinlərin istifadəsinə verilmişdir. Ümumilikdə, ancaq 2018-ci il ərzində 12900 m2 qazon, 2025 ədəd müxtəlif növ ağac və 1600 ədəd dekorativ kol əkilmişdir.

Hal-hazırda rayonda abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri davam etdirilir.

Keçidlər