Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Azərbaycan gənclərinin VIII Forumunun zona toplantısında iştirak edəcək gənclərlə görüş keçirilib

25 oktyabr 2018 | 16:00

25 oktyabr 2018-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində Azərbaycan gənclərinin VIII Forumunun zona toplantısında iştirak edəcək gənclərlə görüş keçirilib.

Görüşdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. G.İsrafilova bildirib ki, hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır və aparılan gənclər siyasəti nəticəsində bu gün Azərbaycan gəncləri bütün sahələrdə ön sıralardadırlar.

Görüşdə çıxış edən Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov vurğulayıb ki, Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Görüşdə həmçinin Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən, gənclərimizin qazandıqları uğurlardan, Azərbaycan gənclərinin VIII Forumunun zona toplantısına  hazırlıq işlərindən danışılıb.

Keçidlər