Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Abad məhəllə” layihəsi çərçivəsində yeniyetmələr arasında məhəllədaxili “Mini-futbol” turnirinə start verilib

04 dekabr 2018 | 16:00

04 dekabr 2018-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə  Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Abad məhəllə” layihəsi çərçivəsində yeniyetmələr arasında məhəllədaxili “Mini-futbol” turnirinəh Bakı şəhəri üzrə Nizami rayonunda start verilib.

Turnirdə rayonun 8 məhəllədaxili komandasının tərkibində 96 uşaq və gənc iştirak edir.

Açılış mərasimində çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov şəhər rəhbərliyinin bu təşəbbüsünü dəstəklədiklərini bildirərək, turnir iştirakçılarına müvəffəqiyyətlər arzu ediblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə paytaxtın bütün rayonlarını əhatə edən layihə çərçivəsində, ümumşəhər yarışlarında, tərkiblərində 1300 uşaq və gənc olmaqla 130 komandanın iştirakı nəzərdə tutulub.

Hər bir rayon üzrə qalib olmuş komanda şəhər turunda iştirak etməyə vəsiqə qazanacaqdır.

Keçidlər