Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutmayaq, unutdurmayaq!" mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib

14 fevral 2019 | 16:00

14 fevral 2019-cu il tarixində 201 nömrəli tam orta məktəbdə Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən 26 fevral Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunmuş "Xocalı soyqırımını unutmayaq, unutdurmayaq!" mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib. 

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Xocalı faciəsini əks etdirən videomateriallar nümayiş etdirilib, 201 nömrəli tam məktəbin müəllimi Afət Xəlilova tərəfindən müsabiqə iştirakçılarına Xocalı soyqırımı haqqında geniş məlumat verilib.

Müsabiqənin hər birində ayrı-ayrılıqda 20 şagird iştirak edib.

İnşa yazı müsabiqəsində 1-ci yerə 227 nömrəli tam orta məktəbin şagirdi Fidan Abdullayeva, 2-ci yerə 201 nömrəli tam orta məktəbin şagirdi Ayşə Sadıqova və 3-cü yerə 61 nömrəli tam orta məktəbin şagirdi Nərmin Əhmədli, rəsm müsabiqəsində isə 1-ci yerə 201 nömrəli tam orta məktəbin şagirdi Nigar Cəlilli, 2-ci yerə 10 nömrəli tam orta məktəbin şagirdi Səkinə İbrahimova və 3-cü yerə 129 nömrəli tam orta məktəbin şagirdi Rəhiməxanım Nuriyeva layiq görülüblər.

Mükafata layiq görülən şagirdlər Bakı şəhər mərhələsinə vəsiqə qazanıblar.

Sonda qaliblərə Nizami Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli Diplomlar təqdim olunub.

Keçidlər