Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda şəhid Ayaz Əliyevin xatirəsi anılıb

21 fevral 2019 | 16:00

21 fevral 2019-cu il tarixində 201 saylı tam orta məktəbdə şəhid Ayaz Əliyevin xatirəsinə həsr olunmuş “Bir şəhid ömrü” adlı anım tədbiri keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva,  Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin Sosial müdafiə bölməsinin əməkdaşları mayor İlkin Qayıbov və Zümrüd Məmmədova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, ictimai birlik və təşkilatların nümayəndələri və şəhid Ayaz Əliyevin ailə üzvləri iştirak ediblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmağın ən böyük şərəf və qürur olduğunu bildirərək qeyd ediblər ki, hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı və şəhidlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlar gənc nəslə örnək olmalıdır. Həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının sonsuz ehtirama, sevgi və məhəbbətə layiq olduqlarını diqqətə çatdıraraq, şəhid olanların xatirəsinin yaşadılmasının və hər zaman anılmasının hər kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıblar.

Daha sonra çıxış edən Keşlə məscidinin axundu Hacı Sirac və dini icmasının sədri Hacı İlham, şəhid Ayaz Əliyevin ailə üzvü Kəmalə Əliyeva və sinif yoldaşı Eldəniz Eldarov xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalan Ayaz Əliyevin qısa, lakin şərəfli ömür yolundan danışıblar.

Tədbirdə Müdafiə Nazirliyi tərəfindən hazırlanan şəhid Ayaz Əliyev haqqında  film təqdim edilib və 201 №-li tam orta məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər