Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib

22 aprel 2019 | 16:00

22 Aprel 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Yerli özünüidarəetmədə gender bərabərliyinin təmin edilməsi” mövzusunda təlim keçirilib.

Təlimdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova, Nizami və Keşlə bələdiyyələrinin nümayəndələri iştirak edib.

Təlimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə 2012-ci ildən başlayaraq, qadınların ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədilə “Dayaq” Mentorluq proqramının həyata keçirildiyi bildirilib.

Təlimdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qadın siyasətinin inkişaf etdirilməsi məqsədilə rayonda həyata keçirilən tədbirlər haqqında təlim iştirakçılarına məlumat verib.

Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov çıxış edərək, dövlət qadın siyasəti, qadınların qərarqəbuletmədə təmsilçiliyi, bələdiyyə sistemində qadınlarının fəallığı, gender bərabərliyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri, stereotiplərlə mübarizə və digər mövzular üzrə iştirakçılara məlumat verib.

Təlim çərçivəsində “Dövlət Qadın Siyasəti” adlı qısametrajlı film nümayiş etdirilib. Filmdə ulu öndər Heydər Əliyev tərəfindən qadınların idarəetmədə təmsilçiliyinin artırılması məqsədilə qəbul edilmiş qərarlar, Pekin konfransı, qanunvericiliyin təkmilləşdirilməsi, gənc qadınların ölkənin inkişafına töhfəsi və digər məsələlər əks olunub.

Təlimdə dövlət qadın siyasəti, gender bərabərliyi, məişət zorakılığı, qadınların liderlik keyfiyyətləri, qadınların qərarqəbuletmədə təmsilçiliyi və digər mövzular üzrə təlimçi tərəfindən məlumat təqdim edilib.

Təlim zamanı  “Qadın Hüquqlarının Müdafiəsi: Beynəlxalq və Milli Aspektlər” və “Liderlik təlimatı” adlı maarifləndirici vəsaitlərdən istifadə edilib.

Keçidlər