Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Yeniyetmə gəncləri radikal dini cərəyanlardan qoruyaq!” mövzusunda növbəti tədbir keçirilib

30 aprel 2019 | 16:00

Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə komissiyanın 2019-cu il iş planına əsasən 30 aprel 2019-cu il tarixində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi ilə birgə Texnika və Texnologiyalar üzrə Bakı Texniki Peşə Təhsil Mərkəzində şagirdlərin, müəllim və valideynlərin iştiraklı ilə “Yeniyetmə gəncləri radikal dini cərəyanlardan qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Vasif Musayev, Nizami Rayon 24-cü Polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktik işin inspektoru, polis leytenantı Xədicə Hüseynova, Peşə Təhsili Mərkəzinin direktoru Mahir Namazov çıxış edərək bildiriblər ki, ölkəmizin müstəqilliyinin və suverenliyinin qorunması elmi, dünyagörüşü zəngin olan gənclərimizdən asılıdır. Bu mənada gənclərimizin sağlam ruhda böyümələri və tərbiyə almaları üçün yerlərdə məqsədəmüvafiq işlər görülməli, xüsusilə də maarifləndirici tədbirlərin intensivliyi daha da artırılmalıdır. Belə tədbirlərin gəncləri radikal dini cərəyanlardan qorumaq baxımından böyük əhəmiyyəti vardır.

Çıxışlarda  həmçinin qeyd olunub ki, dini radikalizmə və ekstremizmə qarşı mübarizə tədbirləri bir an belə dayanmamalı, əksinə daha geniş ictimaiyyəti əhatə etməklə davamlı olaraq aparılmalıdır. Çünki ürəyində Vətən sevgisi olan heç bir azərbaycanlının işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda mübarizənin davam etdiyi bir dövrdə başqa ölkələrdə radikal qruplara və qanunsuz silahlı birləşmələrə qoşulmağa mənəvi haqqı ola bilməz. Ölkəmizin hüdudlarından kənarda, radikal dini ekstremist qruplaşmaların tərkibində vuruşaraq ölənlər şəhid hesab edilmir və onların cinayətkar əməllərinin cihadla, şəhidliklə heç bir əlaqəsi yoxdur.  Bizlər üçün cihad yeri Ermənistan tərəfindən işğal edilmiş Qarabağ torpaqlarıdır.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilən "Şəhadət" sənədli filmi nümayiş olunub.

 

Keçidlər